Daxili məhsul
Pallas 100 GPD membranı, yüksək məhsuldarlığı və effektiv təmizləmə qabiliyyəti ilə seçilən tərs osmos (RO) texnologiyasına əsaslanan keyfiyyətli bir membrandır. Gündəlik 100 gallon (~380 litr) təmiz su istehsal gücünə malik olan bu membran, həm ev, həm də kiçik kommersiya məqsədli RO sistemləri üçün idealdır.
Yüksək filtrasya qabiliyyəti: 0.0001 mikrona qədər zərərli maddələri (ağır metallar, nitratlar, bakteriya, viruslar və xlor) səmərəli şəkildə süzür.
Böyük həcmli istifadə üçün uyğundur: 100 GPD gücü ilə daha çox istifadə üçün ideal seçimdir.
Davamlı və etibarlı: Uzunömürlü membran materialı ilə 12-24 ay arası xidmət müddəti (su keyfiyyətindən asılı olaraq).
RO sistemləri ilə tam uyğunluq: Standart 1812 ölçülü məişət və ofis sistemləri üçün universal uyğunluq.
Pallas markası keyfiyyət və etibarlılığa önəm verir. Bu membran vasitəsilə həm içməli suyunuzu təmizləyə bilər, həm də cihazlarınızı daşlaşmadan və zərərli elementlərdən qoruyaraq ömrünü uzada bilərsiniz.