- (+994 70) 506 08 08
- (+994 99) 702 70 71
Su filtri servisi
Su filtrində yaranan suallar və onların cavabları
Şikayət - Su filtrini krandan gələn su çox zəif axır (Çox az axır). Nədən ola bilər
Cavab - Çən kranı yoxlanılmalıdır, o, bağlı ola bilər və siz ancaq membrandan su qəbul edə bilərsiniz.
Şikayət -Çən doludur, amma krandan su gəlmir və ya az miqdarda su ala bilirəm.
Cavab - Əgər su filtrinin çən doludursa və bununlada krandan su gəlmirsə bunun səbəblərindən ən əsası çənin membranında havanın olmamasıdır. Çənin hava təzyiqi azala və ya sıradan çıxa bilər. Çəndə 7 psi gecendə hava təzyiqi olmalıdır.
Şikayət - Su filtrinin çəni çox gec dolmaqdadır. Nə üçün
Cavab -1- Su giriş kranı tam açıq deyil. 2- Şəbəkə suyunun təzyiqi çox aşağıdır. 3- Membran filtri tıxanmışdır. 4 -Cihazınızın nasosu varsa, bu, nasosun çanağında ərplənmə olunduğunu və sistemə çox az su ötürdüyünü bildirir.
Şikayət - Su filtri suyu yeterincə təmizləyə bilmir.
Cavab - Bu problem adətən su filtri membranından qaynaqlanan problemdir. Membran köhnəlmiş ola bilər və ya 4 yollu klapan sıradan çıxmış ola bilər.
Şikayət - Su filtrindən gələn sudan iyi gəlməsi
Cavab - İlk öncə bunu demək lazımdır ki, su filtrinden 5-10 gün müddətində istidadə etməmisinizsə bir dəfə çəndəki olan suyu boşaltmaq lazımdır. 5-10 gün istifadə etmədiyiniz su filtrində su çəndə qaldığı müddətdə su iylənə bilər. Bunun səbəbi çəndəki olan membrandan ola bilir. Daha sonra filtrlərin dəyişilmə vaxtları da olduqda bu baş verə bilmədədir. Əgər filtri yeni dəyişmisinizsə su dadlandırıcı filtr yalnış taxılmışda ola bilər.
Şikayət - Su filtrində çən dolu olduğu halda çirkli su dayanmamaqdadır.
Cavab - Bu su filtrində 4 yol klapandan ola bilməkdədir
Şikayət - 4 yollu klapan dəyişildi ama yenedə eyni problem davam etməkdədir
Cavab - Su filtrinə gələn su təzyiqinin güclü olmasından yaranan problem ola bilər
Şikayət - Təmizlənməmiş su daha çox axma səbəbi
Cavab - Su filtrində buna səbəb daha çox Quick Flow dediyimiz detaldan ola bilir.
Bu fikirləri alıcını yönləndirmək üçün deyil, illərdir bu işin içində olan bir qurum olaraq bildiyimiz həqiqətləri çatdıraraq məlumatlandırmaq üçün yazırıq.
1. Orijinal əks osmos su filtrləri beş filtrə malikdir. 1. Beş mikron çöküntü filtri, 2. Aktiv karbon filtri, 3. Bir mikron blok karbon filtri, 4. Membran filtri, 5. Pos karbon filtri (dadlandırıcı-kokos). Standart su filtrləri belə olurlar. Xüsusi səbəblər olmadıqca, filtrlərin sayını artırmaq minik avtomobilinə yük avtomobilinin təkərini əlavə etmək kimi bir şeydir. Burada önəmli olan istifadə olunan filtrlərin yüksək keyfiyyətli olmasıdır. Əks halda müxtəlif problemlər yaranacaq. Filtrlərin istismar müddəti 3-5 ay ərzində başa çatır və kifayət qədər təmizlənməni təmin edə bilmir. Estetik əhəmiyyət kəsb etsə də, əsl vacib olan filtr keyfiyyətidir. Burada paradoks yaranmaqdadır; Alıcının çox ucuz qiymətə almaq istəyi, satıcının isə müştərinin bu müqavimətinə cavab olaraq ucuz filtrlərdən və materiallardan istifadə edərək mənfəət marjasını azaltmamaq istəyi. Bazarda 10 manatlıqda filtr var və 30 manatlıq da filtrlər vardır, 10 manatlıq da membran vardır və 50 manatlıq da membran vardır. Nə qədər deyilsə də, alıcının 90%-nin təbii olaraq bu mövzuda kifayət qədər məlumatı yoxdur. Bu halda satıcının sözlərinə inanmaqdan başqa heç nə edə bilməz.
2. Su filtrlərini bildiyiniz bir yerdən almaq və ya bəlirli bir yeri və məkanı olan yerlərdən almaq məsləhətdir. Yoxsa qapınıza gələn satıcılarla əlaqə saxlasanız cihazda hər hansı problem olarsa həmin aldığınız adamı yenidən tapmaya bilərsiniz. Su filtrinin baxım vaxtı gəlir, nasazlıq olur, su sızması var, su təmizlənmir, bir sözlə, bir çox problemlər yarana bilər məhz bunun üçün servisi olan su filtrlərini seçməyiniz məsləhət bilinməkdədir.
3. Şəbəkə suyunun tds dəyəri 200-dən çox deyilsə, keyfiyyətli su təmizləyicisində filtr dəyişdirmə müddəti; İlk üç filtr üçün 1 il, membran və tatlandırıcı filtrlər üçün isə 2 ildir. Təbii ki ilk ü filtrlərin 6 ay ərzində və membranın 1 il ərzində dəyişilməsi tövsiyədir. Lakin bu məcburi olmamalıdır ki tds dəyəri 200-dən aşağı olanlar üçün.
Su filtrləri ilə bağlı bütün suallarınızı 0705060808 və ya 0508656867 nömrələrinə zəng edə və ya mesaj yaza bilərsiniz...
Su filtrlərində daha çox məlumatlı olmaq üçün aşağıdakı linklərdən keçid edib məlumat ala bilərsiniz.